9 C
Baku
Friday, December 13, 2024

Məhkəmə İşləri üzrə Hüquqşünas – Finca Azerbaijan LLC

İş Elanı №029/17

FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş ofisi üçün MƏHKƏMƏ İŞLƏRİ ÜZRƏ HÜQUQŞÜNAS vəzifəsinə işçi axtarışı elan edir.

Bu vəzifənin əsas məqsədi məhkəmə işlərinin idarə edilməsi, təşkilat daxilində əməliyyatların hüquqi dəstəklənməsidir.

Əsas vəzifə öhdəlikləri:

• Təşkilatın fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;
• Öz bacarıqları daxilində rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin təşkilatın qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
• Bütün fəaliyyətini təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
• Təşkilatın tərəf olduğu kredit borclarının qaytarılmasına dair məhkəmə mübahisələr üzrə iddia ərizələrinin, şikayətlərin, vəsatətlərin və digər sənədlərin hazırlanması və məhkəməyə təqdim edilməsi;
• Təşkilatı məhkəmələrdə və digər dövlət idarə, müəssisə və təşkilatlarında təmsil etmək;

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

• Hüquq üzrə bakalavr dərəcəsi
• Hüquq sahəsi üzrə azı bir il iş tcərübəsinə malik olmaq (məhkəmələrdə təmsilçilik üzrə iş təcrübəsi olanlara üstünlük veriləcək);
• Mülki, mülki-prosessual, ipoteka haqqında, həmçinin bank qanunvericiliyini bilməli;
• Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq;
• Regionlara səfər etmək imkanına malik olmaq;
• MS Office proqramlarını mükəmməl bilmək;
• Təşkilat və onun missiyasına sadiqlik;
• Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.

FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 15 Dekabr 2017-ci il tarixindən gec olmamaq şərtilə [email protected]elektron ünvanına Subject/Mövzu hissəsində vakansiyanın adını və iş elanının nömrəsini (№029/17) qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.
Tel: (012) 596 33 858687;

FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.finca.az web səhifəsindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər