19 C
Baku
Monday, April 29, 2024

Məhkəmə orqanları ilə iş şöbəsinə Qarabağ regionu üzrə Hüquqşünas – DəmirBank ASC

DəmirBank ASC Problemli Kreditlərin Hüquqi Tənzimlənməsi Departamentinin Məhkəmə orqanları ilə iş şöbəsinə Qarabağ regionu üzrə (Beyləqan, Xocavənd, Laçın, Füzuli və Ağcabədi məhkəmələri üzrə) hüquqşünas vəzifəsinə işəqəbul elan edir.

27 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən əməkdaşımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

• Bankın mənafeyini dövlət orqanları idarələrində qorumaq və müdafiə etmək;
• Problemli kreditlər üzrə məhkəmələrə iddialar və banka qarşı qaldırılmış iddialara etiraz məktubları hazırlamaq və qanuna müvafiq olaraq məhkəmələrdə Bankı  təmsil etmək;
• Problemli kreditlərin məhkəmədən kənar həlli üzrə müvafiq tədbirlər görmək, problemli kredit müştəriləri ilə əlaqə saxlamaq, borcların danışıqlar yolu ilə qaytarılmasına çalışmaq;
• Kreditlərin  qanunvericiliyə müvafiq qaydada qaytarılması sahəsində, o cümlədən məhkəmələrə iddialar, etirazlar, şikayətlər verilməsi barədə təkliflər hazırlamaq.

Namizədə qarşı tələblər:

• Ali hüquqi təhsil (magistr dərəcəsinin olması arzuolunandır);
• Müvafiq sahədə 1 ildən çox iş təcrübəsi olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək qabiliyyətinə malik olmalı;
• Məxfilik, diqqətlilik, səbirlilik, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqlara sahib olmalı;
• Sürücülük vəsiqəsi və şəxsi nəqliyyat vasitəsi olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər 05 fevral 2017-ci il tarixinədək öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Qarabağ regionu məhkəmələri üzrə məhkəmə oqranları ilə iş şöbəsinə – Hüquqşünas” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər