9 C
Baku
Friday, December 13, 2024

Məhkəmə Telman İsmayılovun işi barədə qərar qəbul etdi

Moskva vilayətinin Apellyasiya məhkəməsi AST Şirkətlər qrupunun təsisçisi, biznesmen Telman İsmayılovun birinci instansiya məhkəməsinin müflis olma barədə qərarından verdiyi apellyasiya şikayətini təmin etməyib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinin müxbiri məhkəmə zalından məlumat verib.

Xatırladaq ki, “AST” şirkətlər qrupunun rəhbəri, eyni zamanda adı Rusiyanın ən zəngin biznesmenlərinin siyahısa daxil olan sahibkar İsmayılov ilk dəfə 2009-cu ildə kiçik topdan satış ticarət mərkəzinin paytaxtı olan Çerkizovski bazarındakı fəaliyyətinə görə, hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı iddialarla rastlaşıb. Bu hadisədən sonra bazar çoxsaylı pozuntuların aşkar olunduğuna görə bağlanıb.

2016-cı ilin avqust ayında Moskva bankı Arbitraj məhkəməsində Telman İsmayılovun firmasına qarşı iddia irəli sürüb. Moskva Bankı cavabdehin əmlakının həbsi barəsində də məhkəməyə ərizə versə də, amma iddiaçının bu xahişi təmin edilməyib. Söhbət Telman İsmayılovun rəhbərlik etdiyi “AST” şirkətlər qrupundan Moskva Bankının 213 milyon dollarının geri alınmasından gedib.

İsmayılov Telman Mərdan oğlu 1956-cı ildə Bakıda anadan olub. Həyatının çox hissəsini Rusiyada keçirən Telman hazırda Türkiyədə yaşayır. O, Türkiyənin Antalya şəhərində beş ulduzlu “Mardan Palace” adlı otel inşa etdirib, İsrailin Akko şəhərində atasının adına sinaqoq tikdirib.

Son xəbərlər
Digər xəbərlər