15 C
Baku
Thursday, May 9, 2024

Mənzil bazarında yaşanan ziddiyyətlər

Bəzən ən yüksək likvidliyə sahib mənzil daşınmaz əmlak bazarında çox çətinliklə satıla bilər. Bu mənzilin bir çox üstünlüyə (yaxşı ərazidə yerləşməsi, yaxşı vəziyyətdə olması və s.) malik olması belə onun tez bir zamanda satılmasına kömək etmir.

Buna səbəb isə aşağıdakılar ola bilər:

Bu zaman ilk maneə yolunu mənzil üçün nəzərdə tutulmuş yüksək məbləğ ola bilər. Lakin bu yeganə nüans deyil. Bu zaman mənzil daxili interyeri və yaxud xarici dizaynında yol verilmiş kobud səhvlər müştərinin müqavilə imzalamasından imtina etməsinə gətirib çıxara bilər. Çünki bir çox alıcılar evi əldə etdikdən sonra əlavə təmirə pul xərcləmək niyyətində deyillər.

Digər tərəfdən isə, ilk əvvəldən təmir niyyətində olan müştərilər var ki, onlar mənzil alarkən bu cəhətə bir o qədər də əhəmiyyət vermirlər.

Mənzilin uğurla satıla bilməməsinə səbəb olan digər bir səbəb isə bu daşınmaz əmlak nümunəsinin qanunsuz tikili olmasıdır. Heç də hər müştəri əldə etdiyi mənzilin daha sonradan dövlət tərəfindən sökülərək əvəzində təzminat almağa razı olmayacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər