10 C
Baku
Thursday, December 12, 2024

Mənzil İnşaatı Dövlət Agentliyi əhaliyə müraciət ünvanladı

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən istifadəçilərin mənzil seçimi prosesində rahatlığını təmin etmək məqsədilə “Güzəştli mənzil” sistemində bir sıra təkmilləşdirmə (satışın başlanmasına 24 saat qalmış geri sayımın aktivləşməsi, səhifənin açılması və səhifədən səhifəyə keçid haqqında məlumatın ekranda görünməsi) işləri aparılıb.

Agentlikdən Banker.az-a verilən məlumata görə, mənzil seçimi prosesinin bütün mərhələləri ilə yaxından tanış olmaq, “Elektron İmza” və ya “Asan İmza” sertifikatlarından və texniki avadanlıqlarından istifadə bacarıqlarını təkmilləşdirmək istəyənlər yanvarın 12-si saat 15:00-dan saat 15:30-dək keçiriləcək sistemin sınaq mühitində mənzil seçimi edə bilərlər.

Mənzil seçimində bütün əməliyyatlar “Elektron hökumət” portalı üzərindən real vaxt rejimində aparılır və mənzil seçimi prosesi yanvarın 25-də Yasamal Yaşayış Kompleksində keçiriləcək 174 mənzilin seçimi ilə identikdir.

Son xəbərlər
Digər xəbərlər