“MİDA” MMC ilə TuranBank əməkdaşlıq müqaviləsi imzalayıb.
Banker.az Agentliyə istinadən xəbər verir ki, bununla da, şirkətin əməkdaşlıq etdiyi kredit təşkilatlarının sayı 6-ya çatıb.
Qeyd edək ki, daha öncə agentlik analoji müqavilələri “Kapital Bank”, “Bank BTB”, “Azər-Türk Bank” ASC, Bank VTB (Azərbaycan) və “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə bağlayıb.