“Qarşımıza vacib məqsəd qoymuşuq. Onlardan biri 2023-cü ildə ölkəyə 4 milyona yaxın turist cəlb etməkdir”.
Bunu Azərbaycan Turizm Sammitində keçirilən mətbuat konfransında Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit bildirib.
Onun sözlərinə görə, hazırkı vəziyyət onu göstərir ki, artıq hədəfin 11 faizinə yaxınlaşılıb: “Hələ də görüləcək işlər kifayət qədərdir, bir sıra işlər həyata keçirmək istəyirik. Bəzi proseslərdə çətinliklər yaşanmaqdadır, amma biz bunun həll edilməsi istiqamətində işləyirik”.
©APA