22 C
Baku
Friday, April 26, 2024

Məqsədsiz kredit niyə sərfəli deyil?

Ümumiyyətlə kreditlər iki yerə –  məqsədli və məqsədsiz kreditlərə ayrılır. Məqsədli yəni təyinatlı kreditləri bank məhz müəyyən məhsul və ya xidmətin alınması üçün verir. Müəyyən bir məqsədlə verilən kreditlər məqsədli kreditlər adlanır. Adi kreditdən fərqli olaraq məqsədli kreditləri onun verildiyi məqsəddən başqa heç nəyə xərcləmək olmaz.

Aşağı faiz dərəcəsi, kreditin yüksək kredit məbləği və kreditləşmənin uzunmüddətliyi üstün cəhət kimi hesab etsək də bir neçə mənfi cəhətləri vardır. Bu kreditlərin mənfi cəhəti aldığınız məbləği nəyə sərf etdiyinizə görə hesabat verməkdədir. Həmçinin bu cür kreditlərin digər mənfi xüsusiyyətlərindən biri də kreditin alınmasının çətin və uzunömürlü prosess olmasındadır.

Lakin əksər hallarda məqsədli kreditlərin üstün cəhətləri (aşağı faiz dərəcəsi) mənfi cəhətlərinə üstünlük edir və bu cür kreditlərə müraciət etməyə dəyər.

Bəs məqdədsiz kreditlər nə üçün əlverişsiz hesab olunur?

Məqsədsiz kreditlər, adından da göründüyü kimi heç bir məqsəd üçün verilmir. Sadəcə bank bu zaman sizə nağd pul kreditini təqdim edir. məqsədsiz kreditin isə həm mənfi, həm də müsbət cəhəti vardır.

Məqsədsiz kreditin üstün cəhəti nədir?

Krediti əldə etdiyiniz zaman isə məbləğ, məqsədli kreditdə olduğu kimi hər hansı müəssisəyə və yaxud məbləği xərcləyəcəyiniz bir  sahəyə deyil, sırf nağd olaraq sizə təqdim olunur. Bu baxımdan məqsədsiz kreditləri sərfəli hesab etmək olar.

Məqsədsiz kreditlərin mənfi cəhətləri nədir?

  • Faiz dərəcəsi nisbətən yuxarı olur;
  • Daha az müddətə verilir;
  • Kreditin maksimal məbləği az olur.

Sonda qeyd edək ki, kredit götürdüyünüz zaman məqsədli kreditlərin əldə olunması daha sərfəlidir. Misal üçün, təhsil haqqını ödəmək üçün kredit götürdüyünüz zaman “təhsil krediti” adlı məhsula müraciət edin. Bu zaman isə bankdan aldığınız məbləğ həm daha sərfəli olacaq, həm də bir başa təhsil müəssisəsinin hesabına köçürüləcəkdir.  Digər halda isə, yəni məqsədsiz kreditlər əldə etdiyiniz zaman daha yuxarı faizlərin tətbiq olunacaqdır. Bu isə təbii ki, sonda sizin bankdan aldığınız məbləğdən əlavə olaraq, geriyə daha çox məbləğ ödəməyinizə gətirib çıxaracaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər