3 C
Baku
Saturday, December 14, 2024

Mərkəzi Bank 14 sığorta vasitəçisinin lisenziyasını bərpa edib

Azərbaycan Mərkəzi Bankı 12 fiziki şəxsə sığorta agenti və 2 fiziki şəxsə sığorta brokeri fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini bərpa edib.

Bu barədə tənzimləyici qurumun məlumatında bildirilir.

Məlumata görə, bununla bağlı qərar aprelin 22-də “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta vasitəçilərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər