Azərbaycan Mərkəzi Bankı iyun ayı ərzində 5 dəfə depozit hərracı keçirmişdir. Ümümilikdəiyun ayında manat cəlbi 2 milyard 635 min manat (2635,4 mln manat) civarında olmuşdur.
Banker.az-ın araşdırmasına görə, iyun ayı digər aylarla nisbətdə daha çox rekordlarla yadda qaldı. Belə ki, depozit hərracının keçirildiyi müddətdə ən çox manat yığımı məhz iyun ayının 9-da cəlb olundu. Həmin hərracda 200 mln. manat cəlbi nəzərdə tutulsa da, hərracda 665,2 mln manat cəlb olundu.
- 23.06.2017— 387,5 mln. manat
- 19.06.2017 — 586,1 mln. manat
- 12.06.2017 — 387,8 mln. manat
- 09.06.2017 — 665,2 mln. manat
- 05.06.2017 — 608,8 mln. manat
- CƏM —2635,4 mln manat