1 C
Baku
Saturday, December 14, 2024

Mərkəzi Bank beynəlxalq şirkətlə maliyyə bazarının inkişafı üzərində işləyir

Azərbaycan Mərkəzi Bankı (AMB) beynəlxalq şirkətlə birlikdə maliyyə bazarının inkişafı üzərində işləyir.

Bunu AMB-nin baş direktoru Toğrul Əliyev Bakıda keçirilən “Bank mübahisələrinin uğurlu həlli yollar” mövzusunda Elmi-Praktik Konfransda bildirib.

“Azərbaycanda həm əhalinin, həm də biznesin kreditləşdirilməsi üzrə böyük potensial var. İpoteka kreditləşməsinin bütün vətəndaşlar üçün əlçatan olduğunu demək olar, halbuki bir sıra ölkələrdə buna nail olunmayıb. Biznes kreditlərinin də əldə edilməsində heç bir problem yoxdur. Tənzimləyici qurumun vaxtı keçmiş kreditlərin məbləğinin azaldılması və bu sahədə problemlərin həlli istiqamətində gördüyü işlər səmərəlidir və biz növbəti illərdə ən yaxşı nəticələri əldə edəcəyik. Ümumiyyətlə isə problemli kreditlərin həlli və maliyyənin əlçatanlığının təmin edilməsi 2026-cı ilə qədərki “Sosial-İqtisadi İnkişaf üzrə Milli Strategiyada” da öz əksini tapıb”, – deyə o qeyd edib.

Bundan başqa, AMB rəsmisi deyib ki, bankların tərtib etdiyi kredit müqavilələrində bəzən standartlardan kənara çıxılması, müqavilənin kiçik şriftlərlə yazılması və bu kimi digər hallar problemlərə səbəb ola bilər: “Apardığımız işlər sayəsində bu kimi nöqsanlar qısa müddətdə aradan qaldırılacaq”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər