11 C
Baku
Wednesday, December 11, 2024

Mərkəzi Bank: BOKT-ların mənfəətləri azalır, aktivlər “daralır”

Azərbaycanda bank olmayan kredit təşkilatları (BOKT) 2021-ci ilin yanvar-sentyabr ayları ərzində 5.6 milyon manat xalis mənfəət əldə etsələr də, öncəki ildən xeyli zəif nəticə ilə ili tamamladıqları bəlli olur.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının cari ilin III rüb üzrə icmal göstəricilərində deyilir.

BOKT-ların faiz gəlirləri 52.3 milyon manat olmaqla 3.6% öncəki ildən daha çoxdur. Faiz xərcləri 7.9 milyon manat, qeyri-faiz gəlirləri 9.6 milyon manat, qeyri-faiz xərcləri isə 35 milyon manat olub. Bu da əməliyyat mənfəətinin 9 milyon olmasına gətirib çıxarıb.

BOKT-lar 11.9 milyon problemi kreditlər üzrə ayırmalar etmiş, 1.5 milyon manat mənfəət vergisi ödəmişdir.

Beləliklə, 5.6 milyon manat xalis mənfəət əldə ediblər. Öncəki ildə bu rəqəm 10.5 milyon manat idi.

1 oktyabr 2021-ci il tarixinə BOKT-ların aktivlərinin həcmi 358.9 milyon manat olmuş, bunun da 302.4 milyon manatı müştərilərə verilmiş kreditlər təşkil etmişdir. Öhdəliklərin həcmi 208.9 milyon manat, kapitalın həcnmi isə t 150 milyon manat olmuşdur.

 

 

Son xəbərlər
Digər xəbərlər