-1 C
Baku
Sunday, December 15, 2024

Mərkəzi Bank bu bankları bağlayacaq?

Artıq il tamam olub və Mərkəzi Bankın kommersiya banklarına qoyduğu tələbin vaxtı bitib.

Azərbaycanda fəaliyyət göstərən 44 bankdan 5 bank Mərkəzi Bankın tələbini yerinə yetirməyib. Qoyulan tələbə görə isə həmin banklar ya bağlanacaq, ya da birləşəcəklər.

Nizamnamə kapitalı 50 milyon manatı keçə bilməyən banklar – Euro Bank, Azərbaycan Kredit Bankı, Bank of Azerbaijan, Pakistan Melli Bank və Naxçıvan bank-dır. Banker.az saytının məlumatına əsasən, hazırda Mərkəzi Bankın tələbi yerinə yetirə bilməyən bankların nizamnamə kapitalı aşağıdakı kimidir.

  • Euro Bank- məcmu kapitalı  7.5 mln manat, 
  • Azərbaycan Kredit Bankı –  məcmu kapitalı isə 5,8 mln manat,
  • Bank of Azerbaijan- məcmu kapitalının 33.6 milyon manat,
  • Pakistan Milli Bank- məcmu kapitalı 10 mln manat,
  • Naxçıvan Bank- məcmu kapitalı 41,8 milyon manat

Yuxarıda qeyd etdiyimiz göstəricilər banklar tərəfindən açıqlanan son məlumatlardır.  Qeyd olunan banklar başqa heç bir məlumat açıqlamayıb. Belə görünür açıqlamaq fikirləri də yoxdur. Banklar əlaqə saxlayıb yeni məlumat vermək istəsək də,mümkün olmadı.

Görünür Pakistan Milli Bank,  Bank of Azerbaijan və Naxçıvan Bank-da telefon zənglərinə cavab verəcək heç kim yoxdur. Çünki günlərlə əlaqə saxlasaq belə bu banklar bütün zəngləri cavabsız qoydu.

Euro Bank –ın əməkdaşı isə gah bankda heç bir rəhbər şəxsin olmadığını, gah da digər bəhanələr gətirərək sualımızdan  yayındı.

Azərbaycan Kredit Bankı –  nın əməkdaşı isə danışıqların getdiyini və bu haqda başqa məlumatlarının olmadığını söylədi.

Beləliklə ölkə banklarından 2015-ci ilin yanvarın 1-dək nizamnamə və məcmu kapitalını 5 dəfə artırıb 50 milyon manata çatdırmayan banklar isə digər banka birləşdiriləcək.

Son xəbərlər
Digər xəbərlər