16 C
Baku
Thursday, April 25, 2024

Mərkəzi Bank buna görə 2,5 milyon manat xərcləyəcək – 4 şirkətlə müqavilə imzalandı

Azərbaycan Respublikasının Mərkəzi Bankı 4 şirkətlə 9 müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, bu şirkətlər “Sinam” MMC, “GT Solyuşnz”, “İnfinitech”, “R.İ.S.K Elmi İstehsalat Birliyi” QSC-dir.

Müqavilələrdə Azərbaycan Respublikasının Mərkəzi Bankında istismarda olan Elektron imza üzrə sertifikatlaşma sisteminin proqram platformasının, Elektron statistik məlumat bazası və analitik hesabatlıq sisteminin proqram platformasının, Elektron Sənəd Dövriyyəsi Sisteminin təkmilləşdirilməsi, Elektron Sənəd Dövriyyəsi Sisteminin proqram platformasının dəstəklənməsi, printer və surətçıxaran aparatlar üçün katriclər və toner tozunun satın alınması, Maliyyə savadlığı portalının proqram platformasının, Menecment informasiya sisteminin proqram platformasının, Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminin proqram platformasının, Elektron Xidmətlər Portalının proqram platformasının dəstəklənməsi nəzərdə tutulub.

9 müqavilənin ümumi məbləği 2 milyon 488 min 926 manatdır.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər