3 C
Baku
Saturday, December 14, 2024

Mərkəzi Bank daha bir sığorta şirkətinin lisenziyasını ləğv etdi

Mərkəzi Bank daha bir sığorta şirkətinin lisenziyasını ləğv edib.

Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 10 mart 2021-ci il tarixli qərarı ilə “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş 15 oktyabr 2009-cu il tarixli, 000271 nömrəli lisenziya ləğv edilib.

Xatırladaq ki, “Rəvan Sığorta” 1998-ci ildə “Double Insurance Company” kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını “Star Alyans Sığorta”ya dəyişib, 2007-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 8.9 milyon manat idi. Şirkətin səhmlərinin 49,1%-i “Nurgun Group of Companies”ə, 42.36%-i “Nurgun Motors” MMC-yə, 8.54%-i isə lisenziyası ləğv edilən “NBC Bank”a məxsusdur.

Son xəbərlər
Digər xəbərlər