Mərkəzi Bank daha bir sığorta agentinə lisenziya verib

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən, “Confident 2024” MMC-yə sığorta agenti fəaliyyəti üçün lisenziya verilib.

Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.

Bununla da sığorta agenti kimi lisenziyası olan hüquqi şəxslərin sayı 53-ə yüksəlib.

“Confident 2024” MMC bu ilin aprel ayında dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni  təmsilçisi Gülşən Əsgərova Cəbrayıl qızıdır. Onun nizamnamə kapitalı 10 manatdır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər