8 C
Baku
Friday, December 13, 2024

Mərkəzi Bank: Dollar 2 manat olmayacaq

“Dolların məzənnəsinin 2 manata qədər yüksələcəyi barədə xəbərlər əsassızdır”. BunuMərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisin iclasında deyib. Azərbaycanda dolların rəsmi məzənnəsinin 2 manat səviyyəsinə kimi kəskin artması ilə bağlı yayılan xəbərlər əsassızdır.

AMB rəsmisi deyib ki, bəzi möhtəkirlərin vəziyyətdən sui-istifadə etməməsi üçün ölkədə 200-dək valyutadəyişmə məntəqəsi ləğv edilib. “Bazara kifayət qədər valyuta veririk. Dünən hərracda təklif etdiyimiz valyutanın bir hissəsi hətta satılmayıb. Elektron hərrac vasitəsilə proses şəffaf həyata keçirilir. Vətəndaşları sakitliyə çağırıram. Bu gün ciddi təlaş yoxdur. Əsas məsələ iqtisadiyyatın 25-30 dollar/barel ətrafında stabilləşdirilməsi məsələsidir”.

Baş bankir deyib ki, son hərracda təklif edilən valyutanın hamısı alınmadı. Dəvət edilən 35 bankdan cəmi 28-i hərracda iştirak edib. Bu da onu göstərir ki, bazarda artıq stabil vəziyyət yaranıb. Lakin məzənnə yenə də üzür. Proses davam edir. Çünki burada müəyyən təsir var.

O, deyib ki, iqtisadiyyatımız neftin qiymətlərinə uyğunlaşmalıdır. Neftin qiymətləri düşür, stabilləşməni bunun əsasında aparmalıdır.

“Bizə Dövlət Neft Fondunun vəsaitlərindən çevik istifadə etməklə manatı idarə olunan səviyyədə saxlamaq tapşırılıb. Manatın məzənnəsi əhəmiyyətli dərəcədə xarici amillərdən asılıdır, dəyişən neft, ticarət tərəfdaşlarında devalvasiya məcbur edir ki, bunu nəzərə alaq. Bunu edirik və məsuliyyətini də dərk edirik. Buna reaksiya verməmək mümkün deyil”.

Son xəbərlər
Digər xəbərlər