Mərkəzi Bank faiz dərəcəsini yenidən endirir

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 25 baza punktu azaldılaraq 7.75%-dən 7.5%-ə endirilməsi haqda qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1.75%-lik diapazonda müəyyənləşdirilmişdir (9.25% və 5.75%).

Bu barədə Banker.az-a AMB-dən məlumat daxil olub.

Buna qədər isə faiz dəhlizi belə idi:

  • Aşağı həddi – 6%
  • Yuxarı həddi – 9.5%
  • Uçot faiz dərəcəsi – 7.75%

İdarə Heyətinin pul siyasətinə dair son toplantısından keçən dövrdə illik inflyasiya proqnozlaşdırılan trayektoriyadan kənara çıxmamış və hədəf diapazonunun mərkəzindən aşağıda qalmışdır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər