Mərkəzi Bank gələn il pul siyasətini nəzərdən keçirəcəyi tarixləri açıqlayıb

2022-ci ildə olduğu kimi 2023-cü ildə də Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinə 8 dəfə baxmağı planlaşdırır.

Bu barədə Banker.az quruma istinadən xəbər verir.

Məlumata görə, AMB-nin pul siyasəti qərarları ictimaiyyətə fevralın 1-də, martın 29-da, mayın 3-də, iyunun 21-də, iyulun 26-da, sentyabrın 20-də, noyabrın 1-də və dekabrın 20-də açıqlanacaq.

Qərarlardan dördünü qurumun sədri Taleh Kazımov mətbuat konfransında açıqlayacaq. Media nümayəndələri ilə görüşlər fevral, may, iyul və noyabr aylarına nəzərdə tutulub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər