1 C
Baku
Saturday, December 14, 2024

Mərkəzi Bank gözlənilən faiz qərarını verdi

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı həddi 9% saxlanılmaqla aşağı həddi 6.75%-ə qaldırılmışdır. Bu barədə Banker.az-a requlyatordan daxil olan məlumatda deyilir.

“Yaranmış vəziyyətdə Mərkəzi Bank qlobal mühitdə və ölkə iqtisadiyyatında gedən prosesləri gündəlik əsasda monitorinq edir, xarici şokun ölkə iqtisadiyyatına təsirlərinin miqyasını qiymətləndirmək üçün davamlı təhlillər aparır”, deyə AMB açıqlayır.

OXŞAR YAZI – Mərkəzi Bank bayramöncəsi iclasda hansı qərara gələ bilər?

2017-ci ildə Mərkəzi Bankın uçot dərəcəsi 15% səviyyəsində idi. 2018-ci ilin fevral ayında uçot dərəcəsi 13%ə, aprel ayında 11%-ə, iyul ayında 10%-ə, oktyabr ayında 9,75%-ə endirildi. uçot dərəcəsi 2019-cu ilin fevral ayında 9,25%-ə, mart ayında 9%-ə, aprel ayında 8,75%-ə, iyun ayında isə 8,5%-ə, iyul ayında 8,25%-ə, sentyabr ayında isə 8%-ə, oktyabr ayında 7,75%-ə, dekabr ayında 7,50%-ə, 2020-ci ilin yanvar ayında isə 7.25%-ə salındı.

Bu qərar 19 mart 2020-ci il tarixindən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2020-ci il may ayının 1-də ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir.

Son xəbərlər
Digər xəbərlər