Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri barədə açıqlama verilib.
15.05.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 420.6 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 12,01% təşkil etmişdir. Bu da tələbin təklifdən hərracda cəlb olunması nəzərdə tutulan 150 mln. manatdan 180,4 faiz çox deməkdir.
Azərbaycan Mərkəzi Bankı may ayı ərzində 4 depozit hərrac keçirib ki, həmin hərraclarda da ümumi 1 milyard 813 milyon manat vəsait toplayıb.