12 C
Baku
Wednesday, December 11, 2024

Mərkəzi Bank hərracdakı cəlb olunacaq məbləği iki dəfə azaltı

Azərbaycan  Respublikası Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının keçirilməsi barədə məlumat açıqlanıb. Məlumata görə, hərrac 3 iyul 2017-ci il tarixində keçiriləcək. Saat 11.00-11.15-də, Blumberq ticarət sistemi üzərindən keçiriləcək hərracda 100 mln. manat vəsaitin cəlb edilməsi planlaşdırılır.

Hərracın müddəti 14 gün, faiz dərəcəsi isə 10,01% – 14,99% aralığındadır. Hibrid hərrac formasında olacaq hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı 10.00-dır.

Xatırladaq ki, sondepozit hərracında 200 mln. manat cəlb olunması nəzərdə tutulsa da tələb təklifi 2 dəfəyə yaxın üstəliyərək  387,5 mln. manat cəlb olunmuşdu.

Son xəbərlər
Digər xəbərlər