6 C
Baku
Monday, December 16, 2024

Mərkəzi Bank hesablaşmaları SWIFT platformasına çıxış olmadan həyata keçirməyin yolun tapıb

Bir neçə gün əvvəl internetin kəsilməsi zamanı bank tariximizdə bir ilklə yadda qalıb. Məhz həmin gün ilk dəfə ölkədə hesablaşmalar SWIFT platformasına çıxış olmadan, lokal şəbəkə üzərindən reallaşdırılıb. Beynəlxalq şəbəkəyə çıxışın məhdudlaşması Mərkəzi Bankın illər əvvəl yaratdığı milli ödəniş sistemi üçün də sınaq olub.

ANS TV-nin məlumatına görə, bank sektorunun internet problemini fəsadsız ötürməsi Mərkəzi Bankın hələ 2000-ci ildən başlayaraq SWIFT beynəlxalq telekommunikasiya platforması əsasında təşkil etdiyi milli ödəniş sistemi sayəsində mümkün olub.

2014-cü ildən isə bu sistem təkmilləşdirilib və daxili hesablaşmaların SWIFT-dən asılılığı tamamilə aradan qaldırılıb.

2015-ci ilin iyunundan milli ödəniş sistemi həm də lokal şəbəkə üzərindən fəaliyyətini davam etdirə bilir.

“Biz bu şəbəkəni yaratmaqla banklara alternativ yaratdıq. Banklara 3 dəqiqə lazımdır ki, istənilən an müxtəlif səbəbdən SWIFT-dən ayrılmaq istəsələr Mərkəzi Banka bir format göndərib lokal şəbəkəyə keçirlər”, – deyə Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyev bildirib.

Noyabrın 16-da banklar məhz bunu ediblər. İlk dəfə olaraq lokal şəbəkə üzərində fəaliyyət göstərən milli ödəniş sistemi məhz həmin gün real olaraq sınaqdan çıxıb. Nəticədə yalnız beynəlxalq ödənişlərdə ləngimə olub, daxildə problem yaşanmayb. Əgər bu imkan olmasaydı nə baş verərdi?

“Əgər internetin kəsildiyi gün Mərkəzi Bankın yaratdığı ehtiyat platforma olmasaydı, o zaman bütün ölkədə təsərrüfat subyektlərinin biri-birilə hesablaşmaların həyata keçirməsi heç bir halda mümkün olmayacaqdı. Özəliklə də Baş Dövlət Xəzinadarlığı, yəni Maliyyə Nazirliyinin Xəzinədarlıq Agentliyinin hesabında olan bütün sosial müavinətlə, əmək haqlarının ödənişləri tam olaraq dayanacaqdı”, – deyə Alim Quliyev qeyd edib.

Milli ödəniş sisteminin ölkə daxilindəki mümkün risklərə qarşı dayanıqlı və təhlükəsiz olması üçün isə onun ehtiyat bazası yaradılıb.

Mərkəzi Bankın binasında yerləşən əsas bazadan başqa iki bölgədə ehtiyat baza yerləşdirilib. Mütəmadi olaraq ödəniş sisteminin fəaliyyətinin ehtiyat bazalara ötürülərək test edildiyi bildirilir. Hətta bunu banklar özləri də hiss etmir.

[su_youtube url=”https://www.youtube.com/watch?v=kznfJM_oEuw”]

Son xəbərlər
Digər xəbərlər