-1 C
Baku
Sunday, December 15, 2024

Mərkəzi Bank ilin sonuna qədər Yaşıl Taksonomiya üzərində işləri yekunlaşdıracaq

Azərbaycan Mərkəzi Bankı ilin sonuna qədər Yaşıl Taksonomiya üzərində işləri yekunlaşdıracaq.

Bunu AmCham Yaşıl Maliyyə Konfransında çıxışı zamanı Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə deyib.

O bildirib ki, Mərkəzi Bank hazırda Yaşıl Taksonomiyanın hazırlanmasının son mərhələsindədir.

Şahin Mahmudzadə əlavə edib ki, maliyyə sektoru Yaşı Maliyyə sahəsində tələbə hazır olmalıdır. “Ümid edirəm ki, Azərbaycan qarşıdakı 5-10 il ərzində yaşıl maliyyə sahəsində dünya üçün ən yaxşı nümunə ola biləcək”- baş direktor əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər