1 C
Baku
Saturday, December 14, 2024

Mərkəzi Bank “İnvest Holding LLM”i valyuta qaydalarını pozduğu üçün cərimələyir

“İnvest Holding LLM” MMC cərimələnir.

Banker.az xəbər verir ki, barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimə protokolu tərtib edib, məhkəməyə göndərib.

Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir. İşə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxılacaq, hakim isə Mirheydər Zeynalovdur.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Şirkət nə zaman cərimələnir?

Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.

Qeyd edək ki, “İnvest Holding LLM”in hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Romana ŞTQ, Vəli Vəliyev (Ramana Qəs.) ev.2 m.DONGE 1, nizamnamə kapitalı 2 manat və qanuni təmsilçisi Qurbanov Vüqar Süleyman oğludur.

Son xəbərlər
Digər xəbərlər