Mərkəzi Bank istehlak kreditləri üçün maksimal faizi müəyyən etdi

Rusiyanın Mərkəzi Bankı 2015-ci ilin I rübü üçün istehlak kreditlərinin dəyərlərinin limit həddini elan etdi. Bu göstəricilərə tək faiz dərəcələri deyil, cərimələr istisna olmaqla kreditlə bağlı bütün xərclər daxil edilmişdir.

2015-ci ilin 1 yanvarından etibarən yeni avtomobil üçün kreditin illik dəyəri 20,32%, ikinci əl avtomobil üçün isə 32,215% məhdudlaşdırılacaq. Kartla verilən kreditin maksimum dəyəri 34,616%-i, POS-kreditin dəyəri 54,939 %-i, məqsədsiz kreditlər və borcun yenidən maliyyələşdirilməsi isə 46,795%-dən çox ola bilməz. Digər kreditlər üçün isə maksimum hədd məbləğdən və borcun ödənilməsi müddətindən asılı olaraq dəyişir. Bütün göstəricilər bazardakı borcların orta dəyərləri əsasında hesablanmışdır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər