Mərkəzi Bank “Bank Respublika” ASC-yə icrası məcburi sərəncam verib.
Banker.az xəbər verir ki, bu barədə AMB açıqlamasında bildirilir.
“Bank Respublika” ASC tərəfindən müştəri köçürmələrinin və inkasso sərəncamının icrası zamanı “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nın tələblərinin pozulması ilə əlaqədar olaraq “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq Mərkəzi Bank tərəfindən “Bank Respublika” ASC-yə qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə daxili nəzarət sistemlərinin gücləndirilməsi və məsul şəxslər barədə qanunvericiliyə müvafiq tədbirlərin görülməsi ilə bağlı icrası məcburi sərəncam verilmişdir.






