5 C
Baku
Saturday, December 14, 2024

Mərkəzi Bank sərt pul siyasətinə niyə əl atdığını açıqladı

Azərbaycan Mərkəzi Bankın pul siyasəti monetar (pul) şəraitin sərtləşməsi vasitəsilə inflyasiyanın məhdudlaşdırılmasına və onun hədəf diapazonuna qaytarılmasına yönəlib.

Banker.az xəbər verir ki, bu barədə AMB-nin press-relizində qeyd edilir.

Məlumat üçün bildirməliyik ki, bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 8% səviyyəsinə qaldırılıb.

AMB qeyd edir ki, pul bazasının ilin əvvəlinə nəzərən artım tempi cəmi 9%-təşkil edib. İlin əvvəlindən dövlət büdcəsinin profisitli icrası pul kütləsini məhdudlaşdırmaqla anti-inflyasiya xarakteri daşıyıb.

İqtisadi aktivliyin yüksəlməsi fonunda bank sistemi üzrə kredit portfeli sentyabrda 2.2%, ümumilikdə 9 ayda isə 9.8% artmışdır. Manatla depozitlərin 21% artımı kredit qoyuluşlarının artım tempini üstələyir.

“Bank sisteminin likvidlik mövqeyində struktur profisitinin olması banklarararsı pul bazarında faizlərin və dövlət qiymətli kağızlarının gəlirliyinin aşağı səviyyədə formalaşmasını şərtləndirir. Ötən toplantıdan keçən müddətdə kredit və depozitlər üzrə nominal faizlərlərdə əhəmiyyətli dəyişiklik baş verməmişdir. İnflyasiyanın artması fonunda real faizlər azalmaqda davam edir”.

Mərkəzi Bank onu da qeyd edib ki, pul bazasının izafi genişlənəcəyi halda Mərkəzi Bank ilin sonuna doğru özünün sterilizasiya əməliyyatlarını aktivləşdirməyi nəzərdə tutur.

Son xəbərlər
Digər xəbərlər