26 C
Baku
Saturday, April 27, 2024

Mərkəzi Bank sabah faiz dərəcəsinə dair qərar verir – Yumşalma davam edəcəkmi?

BANKER.AZ – Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 2024-cü ildə ikinci dəfə faiz dərəcəsinin parametrlərinə dair qərar verir.

İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-reliz 28 mart 2024-cü il tarixində saat 11:00-da yayımlanacaq.

Sonuncu dəfə 31 yanvarda uçot dərəcəsi 8%-dən 7.75%-ə, faiz dəhlizinin aşağı həddi 6.5%-dən 6.25%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8.75%-ə endirilmişdir. Mərkəzi Bank 2023-cü ilin noyabrından başlayaraq yumşalma siyasətini davam etdirməyə başlayıb. Noyabrdan öncə uçot faiz dərəcəsi 9.00% olduğu halda, noyabr və dekabr iclaslarının hər birində 50 baza bəndi, 2024-cü ilin yanvar iclasında isə 25 baza bəndi olmaqla 7.75%-ə endirib.

Uçot faiz dərəcəsi siyasəti mərkəzi bankların ölkənin maliyyə bazarında tənzimləmək üçün əsas və təsirli alət sayılsa da, Azərbaycanda effekti zəifdir. Məsələn, AMB faiz dərəcəsinə dair artıma getdiyi halda, ölkədə kredit və depozit faizləri düşür və ya əksi müşahidə edilir. Bu səbəbdən də 2022-ci ilin aprelindən hökumət tərəfindən AMB-nin İdarə Heyətinin sədri seçilmiş Taleh Kazımov faizlərin bazara təsirinin artırılması yolunda müxtəlif alətlərdən istifadə edir. Bura sterilizasiya, məcburi ehtiyat normalarının yüksəldilməsini aid etmək olar.

34567890 7654321

Mərkəzi Bankın uçot faiz dərəcəsinə dair qərarı ölkədəki istehlak qiymətləri indeksi ilə bağlıdır. İllik inflyasiya 2023-cü ilin fevralına qədər 14.1%-ə yüksəlsə də, 2024-cü ilin fevralına 1%-in atına düşüb. Valyuta bazarında sakitlik isə əvvəlki qaydada davam edir. Baxmayaraq ki, fevralda bir qədər ABŞ valyutasına tələb yüksəlmişdi. İdxal inflyasiyası isə 2024-cü ilin yanvarında 15.1%-ə düşüb.

Mərkəzi Bank sonuncu dəfə iclasda siqnal verib ki, faizlə bağlı növbəti qərarlar xarici və daxili inflyasiya amillərinin dəyişməsindən asılı olaraq veriləcək.

Hazırda inflyasiyanın 1%-dən aşağı olması Mərkəzi Bankı pul siyasətində yumşalmanı davam etdirməkdən çəkindirməyəcək. Sabahkı iclasda uçot faiz dərəcəsinin 25 və ya 50 baza bəndi endirilməsi mümkün ehtimaldır.

 

2345678 1

 

 

Saat 16:18-də idxal inflyasiyası ilə bağlı məlumat əlavə edilib.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər