15 C
Baku
Friday, March 29, 2024

Mərkəzi Bank sığortaçı seçir

Azərbaycan Respublikası Mərkəzi Bankının əməkdaşlarının tibbi sığortalanması üzrə tender elan edib.

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı öz əməkdaşlarının tibbi sığortalanması üzrə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq açıq tender keçirir.

Tender proseduru 17 oktyabr 2018-ci il tarixində saat 16.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi 90) keçiriləcəkdir.

2. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

– tenderdə iştirak üçün müraciət (ərizə);

– iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestridən çıxarış) notariat qaydasında təsdiq edilmiş surətləri;

– tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

– tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;

– iki nüsxə (əsli və surəti) Azərbaycan dilində tender təklifi (Tender təklifi 29 noyabr 2018-ci il tarixinədək qüvvədə olmalıdır);

– tender təklifinin qiymətinin 1 (bir) %-i məbləğində bank təminatı (tenderin Əsas şərtlər toplusuna əlavə edilən bank qarantiyası formasında);

– iddiaçıya Azərbaycan Respublikasında sığorta fəaliyyətini həyata keçirmək hüququ verən xüsusi razılığın (lisenziyanın) və tibbi sığorta fəaliyyətinin həyata keçirilməsinə icazənin surəti;

– son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq dövlət orqanlarından arayış;

– iddiaçının korporativ müştərilərə göstərilən xidmətlər haqqında məlumatları əks etdirən sənəd (tenderin Əsas şərtlər toplusuna əlavə olunan formada);

– sığorta qanunvericiliyinə uyğun olaraq onunla əlaqəli şəxs olmayan və ya iddiaçı üzərində əhəmiyyətli nəzarəti həyata keçirməyən ən azı 2 (iki) korporativ müştəri tərəfindən verilən tövsiyə məktubu;

– tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumatlar.

3. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 16 oktyabr 2018-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 05 oktyabr 2018-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.

4. İştirak haqqı 300 (üç yüz) manatdır. Tenderdə iştirak haqqı Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına köçürülməlidir:

Azərbaycan Respublikasının Mərkəzi Bankı,

kod 501004, VÖEN 9900071001,

Hesab: AZ25NABZ01701190000000001944,

Müxbir hesab AZ74NABZ01451700000000001944,

S.W.I.F.T. BİK NABZAZ2C

Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamenti.

5. Xidmətin göstərilməsinə başlanma vaxtı: 27.11.2018-ci il tarixindən başlanılır.

6. Xidmətin göstərilməsi müddəti: 12 (on iki) ay.

7. Təkliflər aşağıdakı amillər əsasında qiymətləndiriləcəkdir: maliyyə və texniki.

8. Tenderdə iştirak etmək istəyən sığorta şirkətləri iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş Tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər.

Tender üzrə əlaqələndirici şəxslər:

Hüquq departamentinin əməkdaşı: Elvin Şirdanov ([email protected], Tel: 4931122 (daxili 428)

İnsan resursları departamentinin əməkdaşı: Təranə Həsənli [email protected], Tel: 4931122 (daxili 425).

Tender komissiyası

Son xəbərlər
Digər xəbərlər