8 C
Baku
Friday, December 13, 2024

Mərkəzi Bank və Antiinhisar Xidməti istehlakçıların hüquqları ilə bağlı müzakirələr aparıb

Azərbaycan Mərkəzi Bankı (AMB) və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində əməkdaşlığın aparılmasının daha operativ həyata keçirilməsini müzakirə edib.

Banker.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilir ki, AMB və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə görüş təşkil edilib.

Görüşdə iki qurum arasında kapital bazarı sahəsində investorların maarifləndirilməsi istiqamətində də fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Digər xəbərlər