4 C
Baku
Friday, March 29, 2024

Mərkəzi Bank valyuta aktivlərinin idarə edilməsindən $7.2 mln. gəlir əldə edib

Azərbaycan Mərkəzi Bankı 2021-ci il ərzində valyuta aktivlərinin idarə edilməsindən 7.2 mln. ABŞ dolları məbləğində gəlir əldə edilmişdir. Bu barədə Banker.az Mərkəzi Bankın illik hesabatına istinadən xəbər verir.

AMB bildirir ki, valyuta ehtiyatlarının idarə edilməsi baxımından 2021-ci il mərkəzi banklar üçün mürəkkəb dövr olmuşdur.

Belə ki, qlobal maliyyə bazarlarında ABŞ dolları, avro və İngiltərə funt sterlinqi üzrə sabit gəlirli və aşağı riskli xarici qiymətli kağızlar üzrə indekslərin demək olar ki, bütün seqmentləri üzrə mənfi gəlirlilik müşahidə edilmişdir. Buna səbəb ilin əvvəlində sıfıra yaxın və ya mənfi səviyyələrdə olan bazar faiz dərəcələrinin inflyasiya gözləntiləri fonunda ilin əvvəlinə nəzərən kəskin artmasıdır. Bununla belə, Mərkəzi Bankın valyuta ehtiyatlarının idarə edilməsində müddəti 1 ildən aşağı olan pul bazarı alətlərinə üstünlük verilməsi və xarici maliyyə bazarlarındakı vəziyyətdən asılı olaraq atılan taktiki addımlar illik müsbət faiz gəlirliliyinin əldə edilməsinə və müvafiq bençmarklarla müqayisədə nisbi gəlirliliyin yüksək olmasına imkan vermişdir.

2021-ci il ərzində Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 705.6 mln. ABŞ dolları və ya 11.1% artaraq 7.1 mlrd. ABŞ dolları təşkil etmişdir. Artımın əsas mənbəyini kvotaya 14 uyğun BVF-nin SDR bölgüsü çərçivəsində Azərbaycanın SDR limitinin 532.5 mln. ABŞ dolları ekvivalentində artırılması təşkil edir.

Son xəbərlər
Digər xəbərlər