10 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi Bank valyuta hərraclarının sayını azaldıb

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün valyuta hərracı keçirməyəcək. AMB yanvarın 13-dən başladığı və əsasən həftədə 3 dəfə həyata keçirtdiyi müntəzəm valyuta hərraclarının sayını 2 dəfəyə salıb. 

“Report”un analitik qrupu qeyd edir ki, əvvəllər həftənin I, III və V günləri təşkil olunan valyuta herracları bu həftədən etibarən iki dəfə – II və IV günlər keçiriləcək: “Keçən həftə keçirilən valyuta hərraclarında kommersiya banklarının dollara tələbatının aşağı olması və bunun nəticəsində dolların ucuzlaşması AMB-nin bu addımı atmasına səbəb olub”.

Xatırladaq ki, aprelin 15-də baş tutan son valyuta satışı hərracında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) satışa çıxardığı 50 mln. dollardan yalnız 2,4 mln. dolları satıb və rəsmi məzənnə 1,5167 AZN/USD-ə enib.

Qeyd edək ki, manatın cari qlobal iqtisadi konyunkturada möhkəmlənməsi normal sayılmır. Çünki, dünən Dohada neft hasilatçıları ölkələrinin sammitində razılaşma əldə olunmadığından neftin qiyməti bu gün 5% azalaraq 41 dollar/bareldən aşağı enib. Keçən həftə 45 dollar/barelə qədər yüksələn neftin qiyməti son 4 ayın maksimal səviyyəsinə çatıb.

“Hazırda neftin qyiməti bu ilin maksimal həddindən 9,2% aşağıdır. Neftin qiymətinin azalması rublun da məzənnəsinə mənfi təsir edib. Aprelin 15-də 66 RUB/USD olan məzənnə hazırda 3,8% atımla 68,5 RUB/USD-yə yüksəlib. Neft hasilatçısı ölkələrinin milli valyutalarının məzənnəsi manata da təsir edə bilər. Bu gün hərracın keçirilməməsi nağd valyuta bazarında dolların məzənnəsini 1,53-1,54 AZN/USD-yə artıra bilər”, – deyə “Report”un analitikləri qeyd edib.

Report

Son xəbərlər
Digər xəbərlər