17 C
Baku
Friday, April 19, 2024

Mərkəzi Bank yerli banklardan bu hərracda 30 mln. manat borc cəlb edib

27 may 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) AZ2002024704 dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 97.6086 (3.5%) və 97.9501 (2.99%) olan 9 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 89,758,500manat olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 97.9096 (3.05%) və orta ölçülmüş qiyməti isə 97.9257 (3.03%) olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000.00 manat təşkil etmişdir.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Notların ödəmə tarixi 03.02.2023-cü ildir.

Son xəbərlər
Digər xəbərlər