Azərbaycan Respublikasının Mərkəzi Bankı tələbələrin iqtisadi biliklərinin artırılması və peşəkar bacarıqlarının inkişafı məqsədilə internatura proqramı üzrə müsabiqə elan edir.
İş təcrübəsi olmayan, aşağıdakı istiqamətlər üzrə hal-hazırda bakalavr pilləsinin III və IV kurs tələbələri, o cümlədən magistr tələbələri müraciət edə bilərlər.
– İqtisadiyyat;
– Mühasibat uçotu və audit;
– Kompüter elmləri və informasiya texnologiyaları;
– Maliyyə;
– Menecment;
– Riyaziyyat;
– Biznesin təşkili və idarəedilməsi;
– Beynəlxalq əlaqələr;
– Hüquq;
– Tərcümə (ingilis dili);
– Jurnalistika;
İnternatura 1 iyuldan 15 sentyabr 2014-cü ilədək olan müddəti əhatə edir. Müraciət anketini Mərkəzi Bankın internet səhifəsindən (www.cbar.az) əldə edə bilərsiniz. Doldurulmuş müraciət anketini [email protected] elektron poçt ünvanına 28 fevral 2014-cü il tarixinədək göndərməyiniz xahiş olunur.