22 C
Baku
Sunday, May 26, 2024

Mərkəzi Bankda təyinat – E.Rüstəmov onu direktor təyin edir

Azərbaycan Mərkəzi Bankında təyinat olub.

Banker.az xəbər verir ki, AMB sədri Elman Rüstəmov Anar Kazım oğlu Quliyev İnformasiya texnologiyaları departamentinin direktoru təyin edib. O, bu vəzifəsinin icrasına 2021-ci ilin dekabrından start verib.

A.Quliyev 2005-2006-cı illərdə Dövlət Sosial Müdafiə Fondunda IT administratoru kimi çalışıb.

2006-cı ilin avqustundan 2014-cü ilin dekabrına qədər Azərbaycan Mərkəzi Bankında İnformasiya təhlükəsizliyi adminstratoru, 2014-cü ilin dekabrından 2017-ci ilin mayına qədər, İnformasiya texnologiyaları departamentinin strukturunda olan Elektron imza üzrə sertifikasiya şöbəsinin müdiri, 2017-ci ilin mayından 2020-ci ilin mayına qədər isə, İnformasiya sistemlərinin təminatı şöbəsinin müdiri kimi çalışmışdır.

2020-ci ilin mayından 2021-ci ilin dekabrına qədər adıçəkilən departamentdə direktor müavini idi.

İnformasiya texnologiyaları departamentinin fəaliyyətinin əsas məqsədi müasir standartlara cavab verən informasiya sistemlərinin yaradılması, onların etibarlı və davamlı, habelə təhlükəsiz fəaliyyətinin təmin edilməsi, beynəlxalq aləmdə baş verən inkişaf meylləri nəzərə alınmaqla mövcud sistemlərin daim təkmilləşdirilməsi və sistemlərarası inteqrasiyanın təşkil edilməsi, həmçinin maliyyə texnologiyaları üzrə rəqəmsal transformasiya siyasətinin formalaşdırılması və innovativ həlləri tətbiq etməklə fəaliyyətin effektivliyinin təmin edilməsidir.

Departamentin təşkilati strukturu aşağıdakı bölmələrdən ibarətdir:

  1. İnformasiya sistemlərinin təminatı şöbəsi;
  2. İnformasiya texnologiyaları infrastrukturunun təminatı şöbəsi;
  3. İnformasiya texnologiyaları üzrə idarəetmə və planlaşdırma şöbəsi;
  4. Maliyyə texnologiyaları və innovasiyalar şöbəsi;
  5. Proqramlaşdırma şöbəsi;
  6. Elektron imza üzrə sertifikasiya şöbəsi;
  7. Texniki dəstəkləmə şöbəsi;
  8. Reyestr bölməsi.
Son xəbərlər
 ⁠
Digər xəbərlər