12 C
Baku
Saturday, May 18, 2024

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankının Hüquq departamentinin direktoruna yeni müavin təyin edilib.

Banker.az-ın xəbərinə görə, bu, Elnur Allahverdiyevdir. O, ilin əvvəlindən AMB-də Lisenziyalaşdırma şöbəsi müdiri kimi çalışır, parallel olaraq həmin vəzifədə də öz fəaliyyətini davam etdirəcək.

E.Allahverdiyev 2016-ci ilin aprelində Maliyyə Bazarlarına Nəzarət Palatasında təyinat almışdı. Palata 2019-cu ilin noyabrında ləğv edildikdən sonra mandat Azərbaycan Mərkəzi Bankına ötürülmüşdü. E.Allahverdiyev də 2020-ci ilin yanvarından başlayaraq AMB-də eyni funksiyada olan vəzifəsini davam etdirməyə başlamışdı.

Ləğv olunan MBNP-dəki vəzifəsindən öncə isə Bakı Fond Birjasında çalışıb.

Mərkəzi Bankın Hüquq departamentinin təşkilati strukturu Korporativ hüquqMaliyyə hüququ şöbəsi kimi bölmələrdən ibarətdir.

Departamentin  fəaliyyətinə   direktor   rəhbərlik   edir. Direktor Rəna Məlikovadır. Departament   direktoru   Mərkəzi  Bankın  İdarə  Heyəti  tərəfindən  vəzifəyə  təyin  edilir  və  vəzifədən  azad  olunur. Departament  direktoru  öz  fəaliyyətini  Mərkəzi  Bankın  İdarə  Heyəti  tərəfindən  təsdiq olunmuş vəzifə təlimatına əsasən həyata keçirir

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər