2 C
Baku
Saturday, December 14, 2024

Mərkəzi Bankdan digər bir cinahdan da bazara “həmlə”

15 apreldə Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Bu barədə Banker.az-a BFB-dan deyilir.

AMB trəfindən hərraca çıxarılacaq notlar (№ 50101479S) hər biri 100 manat nominal dəyərdə olmaqla ümumilikdə 200 mln. manat təşkil edəcək.

Mərkəzi Bank depozit hərraclarıda olduğu kimi not hərraclarından da vəsait cəlbində də maraqlı görünür. Bildiyimiz kimi, bu gün, AMB-nin keçirdiyi 2 həftəlik depzot hərracında banklar tərəfindən depozit yerləşdirməyə həvəs göstərmənin həcmi 427 mln. manat təşkil etmişdi, halbuki, 250 mln. manat yetərli idi requlyatorun depozitin cəlbi üçün. 8 apreldə keçirilən not hərracında isə təklif 100 mln. manat olduğu halda, tələb 104.57 mln. manat təşkil etmişdi.

4 həftəlik (28 gün) müddəti əhatə edən hərracda notların satış qiyməti 99.4773 – 99.4397 diapazonunda dəyişəcək.

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən  (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır. Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Bildirək ki, Azərbaycan Mərkəzi Bankı bu iki müdaxiləni bazarda pul kütləsinin yığılmasında, banklar isə yaranmış imkanla kredit vermədikləri üçün pul qazanmağa çalışırlar.

Son xəbərlər
Digər xəbərlər