2 C
Baku
Saturday, December 14, 2024

Mərkəzi Bankın notlarına cəmi 5 bank müştəri çıxıb

6 may 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50302896S dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 97.7199 (5%) və 98.642 (2.95%) olan 9 sifariş təqdim edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 86,515,600.00 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 98.642 (2.95%) olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000.00 manat təşkil etmişdir.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Notların ödəmə tarixi 21.10.2022-ci ildir.

Son xəbərlər
Digər xəbərlər