2 C
Baku
Saturday, December 14, 2024

Mərkəzi Bankın sərtləşməsi effekt verir: Banklar əhali və biznesə kredit verməyi azaldır

Azərbaycanda əhali və şirkətlərin kredit təşkilatları tərəfindən krediləşməsi azalmağa başlayıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının 2022-ci ilin dekabr ayı üzrə statistik bülleteninə istinad edir.

Biznes kreditləri dekabrda noyabrla müqayisədə 1.1% azalaraq 10.86 milyard manata, istehlak kreditləri 0.3% azlaraq  5.75 milyard manata düşüb.

İpoteka kreditləri isə, əksinə 2% aylıq artım dinamikası ilə 2.99 mlrd. manata çatıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 2022-ci ilin sentyabrından sərt monetar mövqeyə keçib. Uçot faiz dərəcələrinin iqtisadiyyata effektinin zəif olduğunu görərək, sterilizasiya və ehtiyat normaları ilə “aqressiv” istifadəyə başlayıb.

98798

Sentyabrda faiz parametrlərinin aşağı həddini (depozit) 6.25%-dən 4.00%-ə endirməklə, sterilizasiya üçün faiz xərclərini bir qədər yüngülləşdirdi və həftəyə 120 milyon manatlıq pulu bazardan 4 tədavül müddəti üzrə notlar buraxmaqla yığmağa başladı. Notların da gəlirliliyinin yavaş-yavaş artmasından sonra bankları biznes və istehlaka kredit yatırmaqda “marağını” azaltmağa yönəltdi. Digər tərəfdən bankları az məbləğdə də olsa, risksiz notlara meyilli edir, nəinki biznes və istehlak kreditlərinə.

AMB indi nəzəriyyədə olduğu kimi yüksək inflyasiya şəraitində əhalini depozitə yatırımda stimul edir. Ölkədə orta illik inflyasiya 14%-ə dekabrda çatıb. Göründüyü kimi inflyasiya səngimək bilmir.

Mərkəzi Bank illərdir ki, faizləri aşağı-yuxarı dəyişsə də bu kredit bazarında zəif effekt verir. İndi yeni sədrin də əsas məqsədi uçot faizinin bazara təsir etməsidir.

Digər tərəfdən isə banklara ehtiyat normalarını hüquqi şəxslərin vəsaitləri üzrə manatda 0.5%-dən 5%-ə, xarici valyuta olanları 1%-dən 5%-ə qədər qaldırıb. Bu fiziki şəxslərin manat üzrə vəsaitlərində 0.5%-dən 4%-ə, xarici valyutada 1%-dən 5%-ə qədər çəkilib. Yəni bu vəsaitlər məcburi ehtiyat kimi Azərbaycan Mərkəzi Bankında saxlanılır ki, banklar kreditə yönəltməsin.

Bu qaydalardan sonra 2022-ci ilin dekabrında bankların Mərkəzi Bankda saxladığı məcburi ehtiyatlarının həcmi 1 mlrd. 389.2 mln. manata yüksəlib. Bu qaydayanın sərtləşdiyi iyuldan (2022) bu tərəfə 7 dəfə artımdır. Yəni qeyd edilən qədər vəsaitləri banklar sərbəst istifadə edə bilmir.

Azərbaycanda ümumilikdə 36.25 mlrd. manat depozit var. Bunun 13.38 mlrd. manatı tələbli manat, 5.32 mlrd. manatı müddətli manat və 12.14 mlrd. manatı tələbi xarici valyutada və 5.41 mlrd. manatı isə müddətli xarici valyutadadır.13123131312

Son xəbərlər
Digər xəbərlər