13 Dekabr 2019-cu il tarixində Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 2019-cu ildə sayca 8-ci və sonuncu iclası keçiriləcək.
Cari il ərzində ərzində Mərkəzi Bankın İdarə Heyəti keçirdiyi 7 iclasının hər birində faiz dərəcələrini endirməli olub.
Mərkəzi Bank neftin qiymətini, tədiyyə balansındakı müsbət saldonu, ölkədəki stabil makro-iqtisadi vəziyyəti nəzərə alaraq uçot faiz dərəcəsini endirilməsi ehtimal edilir.
“Böyük ehtimalla endirəcək” – deyə, maliyyə bazarları üzrə ekspert-maliyyəçi Elman Sadıqov Banker.az-a deyir.
Bildirməliyik ki, 2019-cu il ərzində bir iclasda uçot dərəcəsi 0,50 faiz bəndi, növbəti altı iclasın hər birində isə 0,25 faiz bənd azaltmalı olub.
Ekspert bildirir ki, bu enişim 0,25 və ya 0,50 faiz bəndi olacağı sual altındadır: “Mövcud vəziyyətdə 0,25 faiz bəndi eniş ehtimalı yüksək olsa da, düşünürəm ki, 0,50 faiz bəndi eniş də mümkündür”.
“Hazırda bu sahədə əsas prioritet inflyasiya təzyiqdir ki, bu da görülən tədbirlər nəticəsində nəzarət altındadır.
Yəni, 0.5 faiz bəndi eniş kredit faiz dərəcələrinin, real sektorun kreditləşməsinin prioritet təşkil etməsi fonunda daha yüksək ehtimaldır”- deyə maliyyəçi Sadıqov vurğulayır.
Bildirməliyik ki, Azərbaycan Mərkəzi Bankı makroiqtisadi və inflyasiyanı nəzərə alaraq faiz qərarında mühüm addımlar atır. AMB uçot faiz dərəcəsini ilə bağlı gözləmə mövqeyi tutarsa, burada çox ciddi bir siqnal olduğunu və ölkədə inflyasiya təzyiqinin olmasının göstərici olması kimi səbəblər olması deməkdir. Lakin, analitiklər ölkədə bununla bağlı hər hansısa sıxıntının olmamasını əsas gətirərək uçot dərəcəsində AMB-nin gözləmə mövqeyindən yayınacağını ehtimal edirlər.
AMB rəhbərliyinin sonuncu iclasında qərarında qeyd etmişdi ki, dəqiqləşdirilmiş proqnozlara görə, 2019-cu ilin sonuna inflyasiya hədəf diapazonunun (4±2%) mərkəzinə yaxın səviyyədə formalaşacaqdır. Faiz dəhlizinə dair növbəti qərarlar inflyasiya üzrə elan edilmiş hədəf parametrlərinə nail olmağa yönəldilməklə daxili risklərin inflyasiyaya təsirindən və xarici sektorda gedən proseslərdən asılı olaraq qəbul ediləcəkdir.
Uçot dərəcəsi nədir?