8 C
Baku
Friday, December 13, 2024

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları artıb

Aprelin 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15533,3 milyon manat təşkil edib. Onun 12185,4 milyon manatı uzunmüddətli kreditlər olub.

Bu barədə məlumat Hesablama Palatasının “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” layihəyə verdiyi Rəydə öz əksini tapıb.

Rəsmi məlumata görə, aprel ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,7063 manata (ilin əvvəlindən 1,76 manata), 1 Avroya nisbətdə 1,8275 manata (1,88), 100 Rusiya rubluna nisbətdə isə 3,02 manata (3,02) bərabər olub. Aprel ayında 1 türk lirəsinin Azərbaycan manatına nisbəti 0,4672 (0,4869) təşkil edib.
Cari ilin ilk 3 ayında strateji valyuta ehtiyatlarının həcmi 37639,9 milyon ABŞ dollar olub.
Mərkəzi Bank tərəfindən hazırlanan “Pul siyasətinin icmalı” hesabatında ölkənin strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunmasının təmin edilməsi göstərilib. Belə ki, 2017-ci ilin I rübünün sonuna strateji valyuta ehtiyatları 28 aylıq mal və xidmət idxalına kifayət etmiş və xarici dövlət borcunu 4 dəfə üstələyib.

Mərkəzi Bankın öz valyuta ehtiyatları 3 aylıq minimal tələbi ödəməyə kifayət edir. İlk 5 ayın yekunu üzrə Mərkəzi Bankı valyuta ehtiyatlarının həcmi 4825,4 milyon ABŞ dollarına çatıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun verdiyi məlumatlara görə, 2017- ci il aprelin 1-ə Fondun aktivləri 2017-ci ilin əvvəlinə (33147,0 milyon ABŞ dolları) nisbətən 0,18% artaraq 33207,2 milyon ABŞ dollarına bərabər olub. Artımı şərtləndirən əsas səbəb ilk növbədə investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişikliyi fərqi (əsasən Avro, Rusiya rublu, ingilis funt sterlinqi valyutalarının), eyni zamanda aktivlərin dəyərinin yüksəlməsi (xüsusilə səhm və qızıl portfellərinin) nəticəsində mümkün olub. Azərbaycan Mərkəzi Bankının verdiyi məlumatlarda cari ilin ilk rübündə valyuta ehtiyatlarının həcmi 4432,7 milyon ABŞ dollarına yüksəlib . Bu rəqəm ötən ilin yekunu ilə (3974,4 milyon ABŞ dolları) müqayisədə 11,5% çoxdur.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər