-1 C
Baku
Saturday, December 14, 2024

Mərkəzi Bank Dövlət Neft Fonduna birləşdirlə, Şahmar Mövsumov isə quruma rəhbər ola bilər: mənbə

Ölkə Prezidenti tərəfindən son günlərdə aparılan struktur və kadr islahatlarının yeni dalğası barədə xəbərlər var. Banker.az xəbər verir ki, bu barədə modern.az-a hökumətdəki mənbələrdən məlumat daxil olub.

Bu məlumatlar sırasında Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun vəzifədən azad ediləcəyi barədə xəbərin gerçək olduğu bildirilir.

Mənbənin verdiyi məlumata görə, Elman Rüstəmov vəzifəsindən artıq istefa verib.

Yaxın günlərdə onunla bağlı Prezident tərəfindən yeni sərəncam veriləcəyi gözlənilir.

Öncəki xəbərdə bildirdiyimiz kimi ölkə başçısının digər sərəncamı ilə E.Rüstəmovun Baş nazirinin müavini postuna gətiriləcəyi bildirilir.

Struktur islahatlarının davamı kimi Mərkəzi Bankın Dövlət Neft Fondu ilə birləşdiriləcəyi vurğulanır. O da qeyd edilir ki, birləşdiriləcək qurumun rəhbərliyinə Dövlət Neft Fondunun İdarə Heyətinin sədri Şahmar Mövsumovun gətiriləcək.

Son xəbərlər
Digər xəbərlər