14 C
Baku
Wednesday, April 17, 2024

Mərkəzi banklar tərəfindən qızıla tələbat yarım əsrin ən yüksək həddinə çatıb

“Financial Times” (FT) Dünya Qızıl Şurasının məlumatlarına istinadən yazır ki, müxtəlif ölkələrin mərkəzi bankları tərəfindən bu metalın alınması qızıla tələbin rekord dərəcədə artmasına səbəb olub. Analitiklərin fikrincə, tənzimləyicilər tərəfindən qızıl alışı son 55 ilin ən yüksək səviyyəsinə çatıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“FT”nin hesablamalarına görə, 2022-ci ildə qızıla tələbat 18% artaraq 4741 tona çatıb ki, bu da 2011-ci ildən bəri ən yüksək göstəricidir. Mərkəzi banklar tərəfindən qızıl alışlarının illik həcmi 1136 ton təşkil edib ki, bu da 2021-ci ilin ümumi göstəricisindən iki dəfə çoxdur.

Mənbə qeyd edir ki, tənzimləyicilər 2022-ci ilin ikinci yarısında alışları tarixi həcmlərə çatdırıb. 2022-ci ilin son rübündə 417 ton qızıl alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 12 dəfə çoxdur.

Analitiklər bildirirlər ki, ABŞ-ın Rusiya ehtiyatlarını donduran sanksiyaları fonunda mərkəzi banklar dollardan uzaqlaşmaq məqsədilə ehtiyatları diversifikasiya etmək üçün qızıl alışını artırıb. Pərakəndə investorlar da kapitallarını yüksək inflyasiyadan qorumaq üçün qızıl almaqda maraqlıdırlar.

Yanvarın 24-də dünya spot bazarında qızılın qiyməti 1 troya unsiyası üçün 1942.5 dollara çatıb ki, bu da ötən il aprelin 22-dən bəri ən yüksək qiymət olub. Son üç ayda qızılın qiyməti 19%, yanvarın əvvəlindən isə 6% artıb.

Son xəbərlər
Digər xəbərlər