21 C
Baku
Tuesday, May 21, 2024

Mərkəzləşdirilmiş Kredit Reyestr Xidməti məlumatlar açıqladı

Cari ilin 1 May tarixində Mərkəzləşdirilmiş Kredit Reyestrinə göndərilən sorğuların sayı 216 978 nəfər təşkil edib.

Banker.az Mərkəzi Bank istinadən xəbər verir ki, hazırda banklar tərəfindən göndərilən sorğuların sayı 196 763 nəfər, şəxslər tərəfindən göndərilən sorğuların sayı isə 20 215 nəfər təşki edib.

1 may tarixində ölkədə cəmi borcalanların sayı isə 2 414 122 nəfər təşkil edir ki, ötən ay ilə müqayisədə bu da 24 830 nəfər artım deməkdir.

Zamin şəxslərin sayına gəldikdə isə son bir ay ərzində zaminlərin sayı 6 344 nəfər artaraq, 1 115 820 nəfər olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər