12 C
Baku
Wednesday, December 11, 2024

Məşhur geyim brendləri ifşa olundu

Dünyanın bir sıra məşhur geyim markalarının ətraf mühafizə ilə bağlı yalan məlumat verdikləri müəyyənləşib.

“The Guardian” xəbər verir ki, bu, yarım milyona yaxın gömrük məlumatının təhlil edilməsi zamanı üzə çıxıb.

Belə ki, brendlərin planetə zərərli təsiri azaltmaq üzrə öhdəlik götürdüklərinə baxmayaraq, Braziliya Amazoniyasında meşələrin qırılmasında dolayısı ilə iştirak edikləri üzə çıxıb.

Bunların arasında Coach, LVMH (Dior, Louis Vuitton, Givenchy, Guerlain məhsulları istehsal edir), Prada, H&M, Zara, Adidas, Nike, New Balance, Teva, UGG və Fendi kimi brendlər var.

50-dən çox brendin Amazon meşələrinin qırılması ilə məşğul olduğu bilinən ən böyük Braziliya dəri ixracatçısı JBS ilə çoxsaylı təchizat zəncirinə malik olduğu üzə çıxıb. Maraqlıdır ki, adıçəkilən markaların bir çoxu belə müəssisələrlə əməkdaşlıq etmədiklərini və planetə zərəri minimuma endirmək üçün tədbirlər gördüklərini bildirmşdilər.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər