19 C
Baku
Sunday, April 28, 2024

Məşhur “Solitaire” oyununun müəllifi nə qədər qazanıb?

Bütün dövrlərin ən məşhur kompüter oyunu olan Solitaire (Косынка) 25 il əvvəl təcrübəçi Ues Çerri tərəfindən yaradılıb. Bu zaman ona bunun qarşılığında nə 1 sent ödənilir, nə də hər hansı faiz hesablanır.

Bu tarixçə yeni olmasa da, bu yaxınlarda Reddit-də yenidən populyarlıq qazandı. İstifadəçilərdən biri məşhur oyunun müəllifinin hazırda nə işlə məşğul olduğu barədə məlumat paylaşmışdır. Məlumata əsasən, Ues Çerri Sietl-ın qərbində alma becərilməsi ilə məşğul olan Dragons Head Cider şirkətinin sahibidir. Reddit-də paylaşılan məlumat o qədər populyarlığa səbəb olur ki, şirkət bir anda gözləmədiyi məşhurluğu qazanır.

İstifadəçilərdən biri Facebook sosial şəbəkəsi vasitəsilə onunla əlaqə yaratmış və bundan sonra oyun müəllifi Reddit-də müzakirəyə qoşularaq öz tarixçəsini yenidən danışmışdır. Onun sözlərinə görə o bu oyunu Microsoft şirkətinə daxil olan Bogus Software şirkətində təcrübəçi işləyərkən yazmışdır.

O demişdir: “Mən bu oyunu 1988-ci ilin yayında Microsoft şirkətində təcrübəçi olduğum zaman ОС Windows 2.1 üçün yazmışdım. Mən kollecdən məzun olmağıma hazırlaşmaq əvəzinə bu oyunu oynayırdım və oyunun Windows üçün versiyasını yaratmaq istəyirdim. Windows komandası üzrə proqram meneceri oyunu gördü və onu Windows 3.0 versiyasına daxil etməyi qərara aldı. Aydın məsələ idi ki, onlar mənə IBM XT-nin təqdim edilməsindən başqa ödəniş etməyəcəklərdi. IBM XT isə təhsil ili ərzində bəzi səhvləri düzəltməyə imkan verirdi. Bu isə məni narahat etmirdi və hazırda da narahat etmir”.

Çerri həmçinin digər populyar oyun olan Pipe Dream-in Windows versiyasını yaratmışdı və bu oyun Microsoft Entertainment Pack paketində buraxılmışdı. Ona bu işinə görə bir neçə min dollar ödəmişdilər. Ues Çerri təcrbə müddəti başa çatdıqdan sonra 90-cı illərdə Microsoft şirkətində Excel komandasında işləməyə davam edirdi.

Bununla yanaşı, artıq bir neçə 10 illərdir ki, insanlar məşhur Solitaire oyununun yaradıcısının bu işin qarşılığında heç nə qazanmadığı haqqında danışırlar. Hətta belə bir zarafat da yaranmışdı ki, bu oyunu oynayan hər bir şəxs Çerriyə 1 qəpik göndərsə o Bill Gates-lə dostluq edəcək qədər zəngin olar. Çerri öz yumor hissini qoruyaraq bildirmişdir ki, bir neçə insan zarafatla ona qəpik göndərmişlər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər