6 C
Baku
Monday, December 16, 2024

M.Cabbarov: “Xarici şirkətlərin 68%-i Azərbaycanın iqtisadi sabitliyinə inanır”

“Azərbaycanda Xarici Biznes: Biznes Mühiti sorğusu 2021” hesabatının sorğusunda iştirak etmiş xarici şirkətlərin 68%-i Azərbaycan iqtisadiyyatının vəziyyətinin sabit olduğuna inanır, 60%-i ölkəmizdə əlverişli biznes mühitinin formalaşdığını qeyd edir”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Şirkətlərin 57%-i fəaliyyətini genişləndirmək və yaxud yeni investisiya qoymaq niyyətində olduqlarını, 43%-i məşğul olduqları sahələrdən asılı olaraq işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak edə biləcəklərini, 22%-i bu layihələrdə iştirakının mümkünlüyünü, 17%-i isə yüksək maraq göstərdiklərini bildiriblər”, – deyə o, qeyd edib.

Son xəbərlər
Digər xəbərlər