17 C
Baku
Monday, April 29, 2024

Macarıstan 2023-cü ildə Azərbaycandan qaz alışına başlamağa ümid edir

Azərbaycandan Macarıstana qaz tədarükü artıq 2023-cü ildə başlaya və cari il 100 milyon kubmetrədək təşkil edə bilər. Bu barədə Macarıstanın XİN başçısı Peter Siyarto məlumat verib.

“Macarıstan bu il 100 milyon kubmetrədək Azərbaycanın təbii qazını ala bilər”, – Macarıstan mətbuatı Siyartonun sözlərindən sitat gətirir.

O əlavə edib ki, Bakı ilə Budapeşt arasında razılaşmalar yaxın illərdə Macarıstana illik 1-2 milyard kubmetr Azərbaycanın qazının tədarükünə dair uzunmüddətli müqavilə bağlamağa imkan verir.

Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycan qaz ixracını 22,3 milyard kubmetrə qədər artırıb, Avropaya 11.4 milyard kubmetr qaz (+39%) ixrac edilib.

2023-cü ildə qaz ixracı 24.5 milyard kubmetr həcmində nəzərdə tutulub, bunun 12 milyard kubmetrə qədəri Avropanın payına düşəcək.

Hazırda Aİ-də Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər