9 C
Baku
Thursday, December 12, 2024

Macarıstan Finlandiya və İsveçin NATO ərizəsinin təsdiqini yenidən təxirə saldı

Macarıstan İsveç və Finlandiyanın NATO-ya üzvlük iddialarının ratifikasiyası ilə bağlı səsverməni ən azı martın 21-nə qədər təxirə salıb.

Bu barədə Macarıstanın baş nazirinin ofisinin rəhbəri Qergeli Qulyaş açıqlama verib.

Onun sözlərinə görə, parlament martın sonunda Finlandiya və İsveçin NATO-ya daxil olmasının ratifikasiyasına səs verə bilər.

“İsveç və Finlandiya NATO-ya qoşulmadan və müttəfiq olmamışdan əvvəl Macarıstan hökuməti bilmək istəyir ki, bizə niyə böhtan atıblar”, – baş nazirin aparat rəhbəri deyib.

O, əlavə edib ki, bu yaxınlarda fraksiyanın qapalı iclası olub və orada Macarıstanın baş naziri Viktor Orban iki ölkənin Şimali Atlantika Alyansına üzvlüyünü dəstəkləməyi xahiş edib. Orban bildirib ki, İsveç və Finlandiya NATO-ya gedərkən Macarıstandan dəstək istəyirlərsə, Budapeşt haqqında yalan yaymağı dayandırmalıdırlar.

Son xəbərlər
Digər xəbərlər